“Təzyiqi olanlar kivi yesin” - Həkim

SAĞLAMLIQ
23:10 27.11.2022
539
C vitamini ilə zəngin olan kivi immunitetdə interfgeronları aktivləşdirir.

Həkim Yelena Solomatina kivinin təzyiq xəstələrinə faydasını açıqlayıb.
 
"Qışda müntəzəm olaraq, kivi yemək orqanizmi mövsümi viruslardan qoruyur. Orqanizmdə C vitamini əskik olanda, viruslara qarşı interferonların hasili az olur.

Vitamin C ən güclü antioksidantdır. Antioksidantlar orqanizmdə iltihabın və qocalmanın qarşısını alır.

Eyni zamanda kivi bağırsağı işlədir, qəbizliyə qarşıdır. O qandan artıq xolesterini təmizləyir.

Bu səbəbdən təzyiq xəstələri gündə 1-2 ədəd kivi yeməlidir. Çünki onda çox miqdar kaliy var, o isə yüngül sidikqovucu təsir edir. Bu zaman təzyiq düşür

Kaliy ürək əzələsini bərkidir, artıq duzu çıxarır. Damarları rahatladır, sakitləşdirir”.
 
///Bakupost.az

OXŞAR XƏBƏRLƏR