"Meta" şirkəti tərəfindən "X"ə rəqib olaraq yaradılan "Threads" "Apple"nin ən çox yüklənən proqramı olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bir proqram üçün 150 milyon yükləmə rekordu qıran "Threads" bəzi çatışmazlıqları ilə istifadəçiləri qane etmədiyi üçün bir müddət əvvəl istifadəsi azalıb.
Sonrakı həftələrdə Instagram texnologiyası əsasında tətbiqi inkişaf etdirən 15 mühəndisdən ibarət kiçik komanda platformada müxtəlif düzəlişlər və əlavələr edib, istifadəçilər geri qayıdıblar.
"Threads" daha sonra veb versiyasını buraxıb və dekabrın 14-də bütün AVropa ölkələri üçün əlçatan olub.
"Threads" həmçinin "Google Play Store"də ən çox yüklənən beşinci pulsuz proqram olaraq sıralanıb.
Threads istifadəçilərinin sayı son üç ayda durmadan artmaqda davam edir. Məlumata görə, gündəlik aktiv istifadəçilərin sayı 35 milyondan bir qədər az, aylıq aktiv istifadəçilər isə 140 milyona yaxınlaşıb. Tətbiqin işə salındığı gündən etibarən isə yüklənmələrin ümumi sayı 445 milyondur.
Qeyd edək ki, son üç ayda "X"in gündəlik aktiv istifadəçilərinin sayı təxminən 5 faiz, aylıq aktiv istifadəçilərin sayı isə 1 faiz azalıb.
"X"in sahibi Elon Mask öz platformasının adını dəyişdikdən sonra, yükləmələr son on ildən çox müddətdə ən aşağı səviyyəyə enib.
Mikayıl