"Threads" "X"ə rəqib ola bilərmi?

MARAQLI
11:09 15.12.2023
193
Meta-nın mikrobloq platforması "Threads" uzun müddətdən sonra Avropa Birliyi ölkələrində nəşr olunub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 24 saat ərzində 70 milyon istifadəçi sayına çataraq rekord qıran və daha sonra 100 milyon istifadəçiyə çatan proqram son həftələrdə daha çox istifadəçi itirməyə başlayıb.

Threads istifadəyə verildiyi ilk günlərdə Twitter-in gündəlik aktiv istifadəçilərinin beşdə birinə sahib olsa da, son günlərdə bu rəqəm 20 faiz azalıb.

Meta Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununa görə Threads platformasını Aİ üzvü ölkələrə təqdim edə bilməyib.

Bütün problemləri aradan qaldıran Meta, tətbiqin AB ölkələrindəki istifadəçilər üçün də buraxıldığını açıqlayıb.

İstifadəçilər Threads istifadə etmək üçün qeydiyyatdan keçmədən bütün yazılara daxil ola biləcəklər.

Meta-ya məxsus proqram daha çox istifadəçi cəlb etmək üçün yeni funksiyaları sınaqdan keçirməyə və yaymağa davam edir.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR