THY Ukraynaya uçuşların ləğvini martın 21-dək uzatdı

THY Ukraynaya uçuşların ləğvini martın 21-dək uzatdı
DÜNYA
18:30 06.03.2022
424
Türkiyə Hava Yolları (THY) Ukraynaya uçuşların ləğvini martın 21-dək uzadıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə THY-nin rəsmi internet saytında verilən açıqlamada deyilir.

Qeyd edildiyi kimi, Ukrayna hava məkanının bağlanmasından sonra THY fevralın 24-də bu ölkəyə uçuşları ləğv edib.

Aviaşirkət, həmçinin Kişinyova (Moldova) martın 21-dək, Rostova (Rusiya) isə martın 20-dək uçuşları ləğv etdiyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR