'Tı kto takoy, davay, do svidaniya' qalmaqalı bitmir
MARAQLI
15:50 22.06.2012
2897
Rusiyanın məşhur repçisi Timati "Davay, do svidaniya" qalmaqalını yatırmaq üçün Filipp Kirkorovun vəkilinə yalvarır. ANS PRESS-in "Комсомолка правда"ya istinadən verdiyi məlumata görə, repçinin və Aleksandr Dobrovinskinin qeyri-rəsmi telefon danışıqlarının səsyazması yayılıb. Danışıqlarda qalmaqallı repçi Kirkorovun vəkili Aleksandr Dobrovinskidən onu məhkəmələrdə süründürməmələrini və müharibə istəmədiyini xahiş edir. Repçi və Kirkorovun maraqlarını müdafiə edən vəkilin danışıqlarının səsyazması təxminən belə dialoq təşkil edir: -"alo-alo... mən Timuram, siz belə dahisiz, sizin haqqınızda çox eşitmişəm. Çox istəyirəm sizinlə tanış olum. Gələcəkdə hər şey baş verə bilər." - "Etiraz etmirəm. Deyəsən sizə görə mənə xahiş edənlər olub." - "Alo-alo...mən müharibə istəmirəm, mövzu tükənib..." - "Heç kim istəmir əzizim. Ancaq əgər bu baş versə, o zaman sizin zərərinə olacaq." Bu söhbətdən sonra repçinin danışıq tonunda əsaslı dəyişiklik baş verir.O, qısa, demək olarsa yaltaqlanaraq danışırdı. Danışan sanki rəqibinin üzünə söyüşlər söyən repçi yox, kiminsə ciddi şəkildə "Otur" Bir də rep demə!" deyə tapşırıq verdiyi sözəbaxan oğlan idi. Bu səsyazmaya qulaq asdıqdan sonra Aleksandr Dobrovinskiyə zəng vurduq. Hadisələrin bundan sonra necə inkişaf edəcəyi maraqlı idi. Vəkil sözügedən səsyazmanın Timati tərəfindən yazıldığını deyib: "Bu onun xeyrinə olmasa da bunu etdi. Timurun bunu niyə etdiyini bilmirəm. Onun bu hərəkətinin heç bir mənası yoxdur. Mən araqarışdırmağın tərəfdarı deyiləm. O, üzr istəsə,bu axmaq insidenti unutmaq olar. Hər kəs başa düşür ki, homoseksuallıqdan çox danışanlar özləri şübhə altında olurlar. Timati haqsızdır, o Filippdən üzr istəməlidir. Həm də Filippi təhqir etdiyi Twitter vasitəsilə. "Filipp,qurtardı, unutduq, bağışla". O zaman mən özüm Kirkorovun yanına gedib, "Filipp, gəl bu mövzunu bağlayaq."