Tibb işçiləri gecə qatarın qarşısını kəsdi - Salyanda aksiya

Tibb işçiləri gecə qatarın qarşısını kəsdi - Salyanda aksiya
SOSİAL
14:34 07.02.2017
6378
Bu gecə saat 1-in yarısında Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkəti Salyan stansiyasında etirazçı tibb işçiləri tərəfindən yarım saata yaxın dayandırılıb.
Fevral ayının 1-dən müvafiq əmrlə bağlanmış Salyan Dəmir Yolu Xəstəxanasının 40 nəfərə yaxın qadınlardan ibarət işçisi qatarın qarşısına çıxaraq onun hərəkətinə mane olublar.

Hadisə yerinə gəlmiş nəqliyyat polisi etirazçı qadınları dəmir yolundan geri çəkdikdən sonra qatar hərəkətinə davam edib.

Tibb işçilərinin tələbi 1945-ci ildən fəaliyyət göstərən, 56 nəfərin çalışdığı dəmir yolu xəstəxanasının fəaliyyətinin bərpa olunmasıdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, idarənin balansında olmuş xəstəxanalar və tibbi müəssisələr əvvəllər Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilirdi və QSC və Metropoliten əməkdaşları üçün pulsuz xidmətlər göstərilirdi.

Ancaq 17 noyabr 2016-cı il Maliyyə Nazirliyi tərəfindən 1 yanvardan bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də tabeliyindəki tibb müəssisələrinin dəyərləndirilməsini aparıb və özünü maliyyələşdirə bilməyəcək müəssisə və xəstəxanaların bağlanması haqqında qərar qəbul edib. Belə xəstəxanalardan biri də Salyan dəmir yolu xəstəxanası olub.

Bununla birlikdə, "Azərbaycan Dəmir Yolları" QSC-dən qeyd ediblər ki, başqa rayonlarda bir sıra xəstəxanalar öz işini davam etdirəcək: "Bəzi həkimlər və tibb personalı yarım ştata keçiriliblər”.
//virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
19:06 10.10.2026
Ermənistan ordusunda növbəti ölüm hadisəsi qeydə alınıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir