Tibb Universitetində təhsil alan İran vətəndaşı özünü öldürdü – TƏFƏRRÜAT
Bütün Xəbərlər
10:05 29.02.2012
1689
Fevralın 28-də Bakıda intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1992-ci ildə Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı Talibi Zibasad Aslan oğlu özünü Səbail rayon, Yusif Məmmədəliyev küçəsi ev 11, mənzil 8-də asıb.Məlumata görə, həmin mənzildə kirayə yaşayan və Tibb Universitetinin 3-cü kurs tələbəsi olan Z.Talibi özünü dəhlizdə kəndirlə asıb. Canına qəsd etmiş tələbənin cibindən kağız parçası da tapılıb. Z.Talibi belə yazıb: “həyatdan bezmişəm, kimsə məni qınamasın”.