Tibb universitetinin tələbəsi özünü niyə asdı?

Tibb universitetinin tələbəsi özünü niyə asdı?
Bütün Xəbərlər
19:40 03.03.2011
2522

Fevralın 16-da intihar edən Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin ikinci kurs tələbəsi Elvin Əsgər oğlu Qasımovla bağlı Nəsimi Rayon Prokurorluğunda istintaq davam etdirilir. Tələbənin özünü hansı səbəbdən asması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

 

Elvinin yaşadığı 6 saylı tələbə yataqxanasındakı dostları, qrup yoldaşlarıyla söhbətlərdən məlum olub ki, o, pulsuzluqdan əziyyət çəkib. Daha doğrusu, imtahanlarda kəsiri olduğu üçün ondan pul istəyiblər, amma onun tələb olunan məbləği ödəməyə imkanı olmayıb. Son nəticədə də özünü öldürmək qərarına gəlib.
“Yeni Müsavat” Elvinin qohumlarına istinadən yazır ki, onun “Anatomiya” fənni üzrə müəllimi ilə narazılığı olub. Baxmayaraq ki, “Anatomiya” Elvinin ən çox maraq göstərdiyi fənlərdən olub. Digər fənlərdən zəif olsa da, bu fənni çox yaxşı oxuyurmuş.

Tibb Universitetinin prorektoru Sabir Əliyev isə tələbənin intiharının imtahan kəsirləri ilə əlaqəsinin olmadığını deyir: “Heç bir tələbədən pul tələb olunmayıb. Digər tərəfdən, hazırda imtahan sessiyaları başa çatıb və tələbələrin kəsirlərini düzəltmək vaxtı deyil. Həmin tələbə də çox normal bir tələbə idi və universitetdə heç bir problemi yox idi. Amma real yanaşsaq, kəsiri olanlar da sonradan imtahanlarını verirlər. Buna görə intihar etmək real görünmür. Həmin tələbə isə yəqin ki, depressiyada olub və bu addımı atıb. Ola bilər ki, universitet və ailədən kənar bir məsələ ilə bağlı intihar edib”./// azadliq.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
23:37 29.07.2025
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
23:21 29.07.2025
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
23:16 29.07.2025
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
23:00 29.07.2025
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
22:48 29.07.2025
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
"Sumqayıt" yeni transferini açıqladı
22:27 29.07.2025
"Sumqayıt" yeni transferini açıqladı
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
22:21 29.07.2025
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
Tramp Rusiyaya 10 gün vaxt verib
22:13 29.07.2025
Tramp Rusiyaya 10 gün vaxt verib
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib