BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Tibbi maskaların qiymətinin artımı ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL
17:34 24.02.2020
2201
RƏSMİ AÇIQLAMA" />
Məlum olduğu kimi, son zamanlar koronavirusla bağlı dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib.

Bu barədə AZXEBER.COM-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”, - deyə mətbuat xidməti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR