Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan vəMərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət Görüşündə çıxışı zamanı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına toxunub.
Dövlət başçısı ötən il Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin 50 faizdən çox artdığını bildirib.
Bu artım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişləndiyini və qarşılıqlı ticarətin inkişaf etdiyini göstərir. Bəs ticarət dövriyyəsindəki artıma hansı amillər təsir edib vəbu tendensiya gələcəkdə Azərbaycan üçün hansı iqtisadi imkanlar yarada bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha sistemli xarakter alması ticarət dövriyyəsinin artmasına təsir edənəsas amillərdəndir:
"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artmasının bir çox səbəbləri var. İlk növbədə, son illərdəAzərbaycanla Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan arasında iqtisadi əlaqələrin daha sistemli xarakter alması mühüm rol oynayır. Qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və birgə layihələrin artması ticarət imkanlarını genişləndirir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə400-dən çox şirkətin fəaliyyət göstərməsi dəbu əlaqələrin artıq yalnız ticarətlə məhdudlaşmadığını göstərir”.
G. Hüseynovanın sözlərinəgörə, nəqliyyat vəlogistika sahəsində əməkdaşlığın güclənməsi dəAzərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına mühüm təsir göstərir:

"Digər mühüm məsələ nəqliyyat vəlogistika sahəsində əməkdaşlığın güclənməsidir. Azərbaycanın Orta Dəhlizdə əsas tranzit ölkələrdən biri kimi mövqeyinin möhkəmlənməsi Mərkəzi Asiya dövlətlərinin Avropa bazarlarına çıxışimkanlarını artırır. Bu isəAzərbaycan üzərindən yükdaşımaların, logistika xidmətlərinin və bununla bağlı iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradır. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının sürətli inkişafı qarşılıqlı ticarət üçün yeni imkanlar yaradır. Azərbaycan üçün bu bazarlar qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət Statistika Komitəsinin məlumatlarında da ötən il qeyri-neft-qaz ixracının artdığı vəMərkəzi Asiya ölkələrinin bu ixracda müəyyən paya malik olduğu görünür”.
G. Hüseynova hesab edir ki, qarşıdakı dövrdə əsas məqsəd ticarət əlaqələrini investisiya vəistehsal əməkdaşlığı ilə daha da genişləndirmək olmalıdır:
"Bu artımın gələcək üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, münasibətlər tədricən sadəcəalıb-satma modelindən investisiya vəistehsal əməkdaşlığına keçə bilər. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondlarının imkanlarından daha aktiv istifadəolunması yeni istehsal müəssisələrinin yaradılmasına, birgəlayihələrin reallaşdırılmasına vəməhsulların üçüncü ölkələrin bazarlarına çıxarılmasına imkan verə bilər. Düşünürəm ki, qarşıdakı mərhələdə əsas məsələticarət dövriyyəsinin sadəcə yüksək templə artması deyil, bu artımın strukturunun dəyişməsidir. Yəni xammal vəhazır məhsul mübadiləsindən daha çox birgə istehsal, sənaye kooperasiyası, logistika, enerji, kənd təsərrüfatı vətexnologiya sahələrində əməkdaşlığa keçid təmin olunmalıdır. Bu baş verərsə, Mərkəzi Asiya Azərbaycan üçün daha böyük və davamlı ixrac bazarına, Azərbaycan isə həmin ölkələr üçün Avropa və digər xarici bazarlara çıxış baxımından daha mühüm iqtisadi platformaya çevriləbilər”.
Fəridə Əsədzadə











































