“Tiflisdə üçtərəfli görüş-sammit çox yüksək səviyyədə keçdi. Olduqca səmimi şəraitdə faydalı fikir mübadiləsi aparıldı”.
AZXEBER.COM-un məlumatına görə, bunu “Twitter” səhifəsində Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.
O əlavə edib ki, sammitdə üç ölkə arasında əməkdaşlığın indiki səviyyəsi və gələcək perspektivləri müzakirə olunub.
Qeyd edək ki, bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçirilib.