"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı

"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı
SOSİAL
11:17 01.10.2026
92
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB” və Sinqapurun "Tiktok Pte. Ltd.” şirkətləridir. Hər iki şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.

Qeydiyyata alınmış qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına göstərilən xidmətlərə görə edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu halda ƏDV-ni həmin şirkətlər özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biridir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin formalaşdırılması, həmçinin vergi öhdəliklərinin yerinə yetirilməsi üçün əlverişli mexanizmlərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama
11:39 01.10.2026
Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama
Prokurorluq 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır
11:32 01.10.2026
Prokurorluq 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır
Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
11:27 01.10.2026
Gələn ildən ailələrə “uşaqpulu” verilə bilər – AÇIQLAMA
İlham Əliyev Si Cinpini təbrik etdi
11:22 01.10.2026
İlham Əliyev Si Cinpini təbrik etdi
"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı
11:17 01.10.2026
"Tik-Tok" Azərbaycanda vergi uçotuna alındı
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət etdi
11:16 01.10.2026
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət etdi
Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ
11:14 01.10.2026
Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ
Bu tarixdən yollarda nəzarət güclənəcək
11:12 01.10.2026
Bu tarixdən yollarda nəzarət güclənəcək
ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb
11:10 01.10.2026
ADNSU “THE World University Rankings 2027” reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb
RİNN və “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı - FOTOLAR
11:04 01.10.2026
RİNN və “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladı - FOTOLAR
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir!
10:55 01.10.2026
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir!
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
10:51 01.10.2026
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
10:46 01.10.2026
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
10:42 01.10.2026
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
10:42 01.10.2026
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
"AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
10:41 01.10.2026
"AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"