"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev

"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
SOSİAL
19:12 18.06.2026
282
Daxili İşlər Nazirliyinə gün ərzində daxil olan müraciətlərin böyük əksəriyyəti sosial media və rəqəmsal mühitlə əlaqədardır.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O qeyd edib ki, narkotik vasitələrin satışı da daxil olmaqla, ən ağır cinayət növlərinin əhəmiyyətli hissəsi məhz rəqəmsal mühitdə təşkil və idarə olunur:

"Sosial şəbəkələrdə saxta hesablar yaradılır, yalançı şəxsiyyətlər formalaşdırılır və bu saxta kimliklər vasitəsilə uşaqlar müxtəlif cinayətlərə təhrik edilir. Xüsusilə Tik-Tok platforması uşaqlara yalançı şəxsiyyət təqdim edərək onları zərərli informasiyalarla üz-üzə qoyur".

E. Hacıyev vurğulayıb ki, ölkənin məktəb və universitetlərində keçirilən görüşlər zamanı şagird və tələbələrlə maarifləndirici söhbətlər aparılıb:

"Xüsusilə, rəqəmsal təhlükələr və onlardan qorunma yolları barədə məlumat verilib:

"Qanunvericiliyə təklif olunan dəyişikliklər isə hər hansı cəza və ya qadağaların tətbiqi deyil. Bu, rəqəmsal mühitin daha təhlükəsiz və məsuliyyətli idarəsinə xidmət edəcək".
OXŞAR XƏBƏRLƏR