"Tikinti zamanı baş verən səhlənkarlıqlar, yeyinti, korrupsiya bu hadisələrə səbəb olur"

"Tikinti zamanı baş verən səhlənkarlıqlar, yeyinti, korrupsiya bu hadisələrə səbəb olur"
SOSİAL
15:10 26.11.2025
592
"Yanğınlar və partlayışlar təhlükəsizlik məsələlərinə diqqət yetirilməməsi ilə bağlıdır. Təhlükəsizlik texnikalarına riayət edilməməsi və ya təmir-tikinti zamanı baş verən səhlənkarlıqlar, yeyinti, korrupsiya kimi hallar bu hadisələrə səbəb olur. Yəni heç bir faciə boş yerə baş vermir”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında son günlər Bakıda artan yanğınlara münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

O deyib ki, cəzalar daha da sərtləşməlidir: 

"Düşünürəm ki, cəzalar kifayət qədər sərt olmadığı üçün bu hadisələr davamlı xarakter alır. Əgər hansısa MTK rəhbəri, təmirdə məsul olan şəxs və ya texniki göstərişi verən müəssisə rəhbəri cəzalandırılsa, bu problemlər aradan qalxar. Amma heç kəs məsələyə ciddi yanaşmır və hadisələr ört-basdır olunur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR