TikTok 32 milyondan çox canlı yayımı bloklayıb

TikTok 32 milyondan çox canlı yayımı bloklayıb
SOSİAL
15:27 10.02.2026
504

Aparıcı qısa video platforması olan TikTok istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları silir.

Dünya üzrə hər il 10 fevralda qeyd olunan Təhlükəsiz İnternet Günü münasibətilə platforma İcma Qaydalarının pozulmasına görə silinmiş məzmunun sayınınövbəti dəfə açıqlayır.

LIVE yayımların təhlükəsizliyi

TikTok LIVE yayımları bütün dünyada getdikcə daha çox populyarlıq qazanır, kontent yaradıcılarına auditoriya ilə birbaşa ünsiyyət imkanı yaradır və platforma bu format çərçivəsində icmanın təhlükəsizliyinə xüsusi diqqət yetirir. Belə ki, 2025-ci ilin üçüncü rübündə İcma Qaydalarının pozulmasına görə dünya üzrə bloklanan LIVE yayımların sayı 32 milyondan çox olub.

Keçən rübdən etibarən TikTok, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını almağa yönəlmişcanlı yayımların monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, TikTok müəllifin LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok monetizasiya qaydalarını pozan 2.321.813canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Platforma dünya üzrə nə qədər məzmun silib

İcma Qaydalarına əməl olunması üzrə Hesabata əsasən, 2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:

•200 milyondan çox video silinib.

•Video məzmunun 99,3%-i proaktiv şəkildə — yəni kimsə şikayət etməzdən əvvəl silinib.

•Videoların94,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib.

Platforma Azərbaycanda nə qədər məzmun silib

2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda:

•İcma Qaydalarının pozulmasına görə 1.051.646 video silinib.

•Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl aradan qaldırılıb.

•Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da qlobal orta göstəricilərdən yüksəkdir.

2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.

 

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putinin fərmanına Yaponiyadan etiraz
21:43 06.11.2026
Putinin fərmanına Yaponiyadan etiraz
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb