"TikTok" ABŞ-da qadağan edilə bilər

"TikTok" ABŞ-da qadağan edilə bilər
DÜNYA
20:19 07.07.2020
1183

ABŞ-da Çin sosial şəbəkələri, o cümlədən "TikTok" tətbiqi qadağan edilə bilər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib. O bildirib ki, hazırda bu məsələ ciddi şəkildə nəzərdən keçirilir.

İddia olunur ki, "TikTok" kimi proqramlar istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə milli təhlükəsizliyə təhlükə yaradır.

Bir müddət əvvəl Hindistanda "TikTok", "WeChat" kimi Çin sosial şəbəkələri və proqramlarının fəaliyyəti qadağan olunmuşdu.

OXŞAR XƏBƏRLƏR