TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq

TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
SOSİAL
17:55 04.11.2026
377
TikTok sosial şəbəkəsi istifadəçilər üçün yeni funksiyanı istifadəyə verir. 

AZXEBER.COM xəbər verir ki, artıq istifadəçilər lentdə qarşılarına çıxan videoları təkrar paylaşmaqla yanaşı, həmin videoların şərhlərini də repost edə biləcəklər.

Funksiya vasitəsilə istifadəçi videonun şərhlər bölməsinə daxil olaraq paylaşmaq istədiyi şərhin üzərinə basıb saxlaya və açılan menyudan "Bu şərhi təkrar paylaşın” seçimini edə bilər.

Yeni imkan sayəsində istifadəçilər maraqlı, gülməli və ya diqqətçəkən şərhləri ekran görüntüsü almadan birbaşa tətbiq daxilində paylaşa biləcəklər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR