"Tiktok" ölkəmiz üçün təhdidə çevrilir - Çıxış yolu nədir?

"Tiktok" ölkəmiz üçün təhdidə çevrilir - Çıxış yolu nədir?
SOSİAL
13:13 14.07.2022
1084
 Hacıbəy Heydərli 

Dünyanın heç bir ölkəsində "Tiktok" Azərbaycandakı qədər siyasiləşməyib. "Tiktok"un Azərbaycan seqmenti günü-gündən çirkin əməllərin episentrinə çevrilir.
 
Əlində baltaynan metroynan girən usta da, avtoxuliqanlıq edən də, xaricdə oturub öz tərbiyəsizliyini nümayiş etdirən də, məktəbdə müəlliminin başına oyun açan şagird də, otelə qıznan gedən "qaqaş" da, özünü yandırmağa hazırlaşan qazimiz də həmin anları "tiktok"da paylaşır.

Ölkəmizdə aqressiya da, psevdo məlumatlar, saxta, "feyk" videolar da məhz oradan tirajlanır.

Heç şübhəsiz ki, bu gün ölkə üçün ən böyük təhdid "tiktok" sosial şəbəkəsidir. "Tiktok"da alqoritm elə qurulub ki, heç bir izləyicisi olmayan adam tək bir paylaşımla milyonlarla insana nüfuz edə bilir. Azərbaycan auditoriyasının da mütləq əksəriyyəti orada toplaşıb. "Facebook"dakılar "Tiktok"a yuxarıdan aşağı baxsalar da, reallıqda əksərimiz oradayıq, cəmiyyətimiz, xalqımız oradadır.

Çıxış yolu isə birdir: hər yeniliyə balta çalmaq olmaz. Dünya dəyişirsə, biz də dəyişməliyik, inteqrasiya etməliyik. Lazım olan yerlərdə olmalıyıq ki, beynimizi qeyri-peşəkar və fürsətcillərin əlinə verməyək.

Dövlətimizin gördüyü işlər "tiktok"da gündəm olmalıdır, ancaq çox təəssüf ki, olmur. Səbəb isə odur ki, peşəkar adamlar kənara çəkilib, sanki nədənsə qorxurlar. Ancaq qorxmaq zamanı deyil, meydanda olmalıyıq. "Facebook"da statusuna 10 "like" gələn insanlar kütlənin toplaşdığı yerlərdə yoxdursa, onların təhlilləri kimə lazımdır? Nəyə görə meydanı Azərbaycanı sevməyən insanlara vermişik? Nəyə görə dövlətimizin qazilərə, şəhid ailələrinə qayğısını sosial şəbəkələrdə təbliğ edə bilmirik? Nəyə görə qazilərin problemi "tiktok"a çıxmalıdır? Axı onlar hər şeydən öncə dəstəyi dövlətdən umur və dövlətdən görür.

Bu sualların cavabı isə odur ki, sosial media ilə iş düzgün qurulmalıdır, oraları ciddiyə almaq lazımdır. Dövlətimizin gördüyü işlər düzgün təbliğ olunmalıdır, susmaq, kənara çəkilmək zamanı deyil.

Əks halda çox gec ola bilər. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb