“TikTok” saxta hesabları və videoları sildi - SƏBƏB

MARAQLI
14:28 04.11.2023
339
"TikTok” İsrail-Həmas müharibəsi başlayandan bəri milyonlarla saxta hesabı və 925 min videonu sildiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail-Həmas qarşıdurmasında şiddətin səviyyəsi günü-gündən artarkən, gərginlik zamanı sosial media platformalarının münasibəti mübahisələr yaradıb. 

Xüsusilə müharibə dövründə "TikTok”da yayımlanan videolar diqqət çəkərkən, mütəxəssislər platformanın məzmuna nəzarət baxımından qeyri-kafi olduğunu bildirərək tənqid ediblər.

Lakin məşhur proqram bütün bu tənqidlərə qarşı çıxır. Şirkət öz bəyanatında HƏMAS-ın 7 oktyabr hücumlarından sonra bağladığı hesabların və videoların sayı ilə bağlı yeni təfərrüatları təqdim edib.

"TikTok” münaqişə zonasından 925 mindən çox videonu və dünyanın hər yerindən milyonlarla məzmunu sildiyini bildirib.  Şirkət həmçinin qeyd edib ki, son həftələrdə saxta hesabların sayı artıb.

 "Oktyabrın 7-dən bəri biz dünya üzrə 24 milyondan çox saxta hesabı və münaqişə ilə bağlı həştəqlər  altındakı məzmuna yarım milyondan çox bot şərhini sildik”.

Nəzrin

OXŞAR XƏBƏRLƏR