Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəmə iclası keçirilib.
Prosesdə onun vəkili vəsatətlə çıxış edib, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Vəsatət təmin olunmayıb.
Növbəti proses iyunun 11-də davam edəcək.
***
15:35
Bakı Ağır Cinayətlər Məhkəməsində İlhamə Elşadqızının məhkəməsi keçirilib.
AZXEBER.COM Teleqraf-a istinadən xəbər verir ki, prosesdə o, sərbəst ifadə verib.
İ.Elşadqızı bildirib ki, narkoman deyil: "Anam mənə necə tərbiyə verib, elə də böyümüşəm. Mən narkoman deyiləm, mənə böhtan atıblar. Haqqımda təhqiredici sözlər işlədiblər. Qanımı yoxladılar, təmiz çıxdı. Mən kasıb bir insanam, bu yaşa kimi təmiz yaşamışam. Mənim bəstələdiyim nəğmələri oxuyanlar var. Minlərlə tələbələrin içindən seçilmişəm. Atam böyük riyaziyyatçı olub. Mən evimə qayıtmaq istəyirəm. Televiziyada çıxış etmişəm, amma adım bir kişi ilə hallanmayıb. Sıradan bir insan deyiləm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, "Tik-tok"da "drel" sözü işlətməsi onun günahı kimi dəyərləndirilib: "Məni məhz bu ifadəyə görə tutublar. Ağlı başında olan qadınam, gah dəlixanaya aparırlar, gah narkoman deyirlər. Düz 5 aydır əzab çəkirəm, mənim anamı ağladıblar. Mən elə-belə adam deyiləm. O, qədər əsərlər yazmışam. Cəmiyyət üçün işlər görmüşəm. Dəstək olmaq lazım idi mənə…"
Hazırda proses davam edir.
***
15:16
"TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarda həbs olunmuş şair İlhamə Elşadqızı barəsində cinayət işi üzrə məhkəmə prosesi öz işinə başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrlik etdiyi prosesdə dövlət ittihamççısı ittiham aktı elan edib.
Məhkəmədə İlhamə Elşadqızı özünü təqsirli bilməyib.
Hazırda proses davam edir.
Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.