AZXEBER.COM "lent.az”a istinadla xəbər verir ki, 18 yaşlı İlkanə Musayeva (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "inciim1” profilində canlı yayım açıb.
Bu zaman o, izləyici sayı artsın deyə əxlaqsız ifadələr səsləndirib. Bununla da İlkanə Musayeva ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Onun sosial şəbəkədəki qeyri-etik hərəkətləri ilə əlaqədar polis əməkdaşları tədbir görmək üçün həmin şəxsin yaşadığı evə gediblər. Bu zaman İlkanə Musayeva hüquq-mühafizə orqanı əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq, şöbəyə getməkdən imtina edib.
İ. Musayevə ifadəsində bildirib ki, Bakı şəhərində kolleclərin birində üçüncü kursda təhsil alır.
Valideynləri evdə olmadığı üçün polis əməkdaşları ilə birgə şöbəyə getməkdən imtina edib. O, əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə İ. Musayeva barəsində 500 manat məbləğində inzibati cərimə cəzası təyin edilib.











































