"TikTok"er İlhamədən xəbər var: 15 gün

"TikTok"er İlhamədən xəbər var: 15 gün
SOSİAL
11:37 21.04.2025
370
"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.

Xatırladaq ki, ona Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb və barələrində həbs qərarı çıxarılıb.
 
Trend 
OXŞAR XƏBƏRLƏR