Tiktoker qeyri-etik paylaşımlara görə həbs edilib

Tiktoker qeyri-etik paylaşımlara görə həbs edilib
HADİSƏ
22:30 03.10.2025
314
Yevlaxda sosial şəbəkədə qeyri-etik paylaşımlar edən şəxs həbs olunub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunub.

Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində 2002-ci il təvəllüdlü, "Tofi" ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR