Tiranlığın doğuluşu!

Tiranlığın doğuluşu!
KÖŞƏ
00:01 01.06.2012
2102

Samir İsgəndərov

Aşağıdakı yazı eramızdan əvvəl 427-347-ci illərdə yaşamış Platonun qələmə aldığı “Dövlət” adlı əsərindən çıxarışdır. Təkrar edirəm ,e.ə 300-cü illərdə yazılıb. Bu gün deyil. “Demokratik qurluşlarda işsiz-gücsüz komanda dövlətin başına keçərək iqidar olar, amma bunların ən təhlükəliləri sözlərlə insanlari hipnoz edərək, gündəlik problemlərə anında “milyonlarca həll yolları tapanlardır”. Bu insanlar düzən içində yaşayıb əhalinin varlı təbəqəsinə mənsub olanlardan vergilər toplar müxtəlif adlarla, bu pulları çoxu zaman özləri üçün xərclər, bir qismini də yenə işsiz güçsüz xalq kütlələrinə sus payı olaraq dağıdarlar. Bu arada varlıları haksız günahlandırar,iftiralarla xalqı varlılara düşman edərlər. Xalqı oliqarxlar təkrar gələcək deyə qorxudarlar və xalq özünə bir qoruyucu seçər məcburən. Tiranlığın Doğuluşu Xalqın (dövlətin) başına keçən qoruyucu böyük çoxluğun özünə qul kölə olduğunu görüncə vətəndaşların qanına girmədən davam edəməzlər, ləkələmə yolunu tutar, onu bunu günahlandırıb mahkəmələrdə süründürər, kimini həpisdə çürüdər,kimini sürgündə, kimini də cismani və mənən öldürər. Belə bir adam zorba dövlətini qurmuş və zorba olmuştur. Zorba hökümranlığını sürdürəbilmək üçün davamlı şiddətə əl atmağa məcburdur. Kimlərdə ürək, üstünlük, ağıl, qüdrət görərsə bu insanları bir şəkildə müxtəlif yollarla zərərsizləşdirər. Xalq yağmurdan qaçarkən doluya düşər. Varlılar azadlıq alacaqlarını zənn edərkən, əli sopalı biri tərəfindən qul kimi idarə olunmağa başlayarAşırı və düzənsiz azadlıq ona köləliyin ən ağırını, ən bəlalısını gətirəcək”. Bu yazını oxuduğum zaman bir anlıq mənə elə gəldi ki, sanki Platon bu yazını təzə yazıb. Eyni zamanda, hazırkı “müxalifətin” istəklerinden ve planlarından bəhs edib! 22 ildir eyni şeyləri deməkdən yorulmayan insanlar, özlərinə bir gün ağlaya bilməyənlər, hələ də xalq üçün nələri isə edə biləcəklərinə necə inana bilirlər? Sonda isə Mövlanadan bir hekayə ilə fikrimi tamamlamaq istəyirəm! “Bədəvi biri eşşəyinə vurduğu xurcunun bir gözünə qum, digər gözünə buğda yükləyib evə doğru yol alar. Yolda bir filosofa rast gələr. Filosof buna baxar, işi anlayınca “Necəsən?” deyə sual verər və “Nədən buğdanı iki hissəyə ayırıb hər gözünə bir az qoymadın? Həm eşşəyin yükü azalar, həm də tez gidərdi.” Bədəvi bu axıla heyran olar və dönüb filosofa sorar: “Sən padişahsanmı? Vəzirsənmi? Yoxsa çoxlu dükanların, malın, mülkünmü var?” Filosof cavap verər: “Gördüyün kimi yarı çılpaq bir adamam” Bədəvi biraz düşündükdən sonra filosofa dönərək cavab verər: “Çəkil qabağımdan. Mənim yenə xurcunum və az da olsa buğdam var! Burax, xurcunumun bir gözünə buğda yükləyim, o biri gözünə də qum!... Senə bir faydası olmayan ağılın, mənə heç bir faydası olmaz.”

OXŞAR XƏBƏRLƏR