Bu barədə AZXEBER.COM-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm layihələrindən biri sayılır.
Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 3250 metrədək artır. Avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi aparılır.
Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilib.
Məlumata görə, bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.











































