Tofiq Musayevlə Həsən Əzizov barışdı - VİDEO

Tofiq Musayevlə Həsən Əzizov barışdı - VİDEO
İDMAN
10:22 05.02.2024
699
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.

Məsələ ilə bağlı danışan Tofiq Musayev aralarında böyük problem olmadığını bildirib: "Həsən Əzizovun müsahibəsindən sonra məsələ böyüdü. Bizi özümüz də valideynik və orada yaranan mübahisə uşağın yanında olmayıb. Çünki elə tərbiyə almamışıq ki, hansısa uşağın yanında valideyninə əl ataq, dava edək. Sadəcə bizim idman növü kənardan sərt görünür və cəmiyyət buna fərqli yanaşır. Aramızda olan anlaşılmazlıqdan yaranan problem olub və hazırda məsələ həll olunub, barışıq əldə etmişik”.

Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib. Həsən Əzizov "Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
12:13 24.11.2026
Qubada 3-cü sinif şagirdi vəfat etdi - FOTO
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
10:45 24.11.2026
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
BDU 9 fakültə üzrə dekan axtarır
10:41 24.11.2026
BDU 9 fakültə üzrə dekan axtarır
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
10:34 24.11.2026
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
10:30 24.11.2026
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
10:28 24.11.2026
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!
10:25 24.11.2026
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!