Xəbər verdiyimiz kimi, bu gün tanınmış teleaparıcı Lalə Azərtaş ATV telekanalının "ATV Səhər" proqramının birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik" cümləsini işlədib.
Bu tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, buna görə aparıcının ünvanına tənqidlər səsləni.
Prodüser-aparıcı Tarıx Əliyev (Tolik) Lalə Azərtaşı müdafiə edib. O aparıcını peşəkar adlandırıb: "Mən tanıdığım Lalə Azərtaş illərin peşəkar aparıcısı olmaqla yanaşı, hər zaman xalqını qoruyan, Azərbaycan torpaqlarını hər şeydən üstün tutan xəbər aparıcılarındandır. Bəziləri kimi "şit" deyil. Ancaq insanıq, robot deyilik. Fikrimizi düzgün çatdırmaya bilərik. Ancaq bu onun peşəkarlığına xələl gətirə bilməz. Bir səhvə görə kimisə xalq düşməni çıxarmaq düz deyil. O qədər yaxşılıq edib, bir səhvə görə ağzına gələni yazanlar, Allahdan qorxun heç olmasa. Aparıcılar arasında birlik yoxdur. Ona görə də heç kimi heç kimi müdafiə edib səhv etdikdə yanında olmur!".
Qeyd edək ki, ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirilib:
"Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, "Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.
Günel Hüseynli
.