15:53 çərşənbə, 13 Noyabr 2019
Maqazin

Tolik keçiddə "pop-corn" satan uşağı qovan deputata: "Ayıb olsun sənə!"

16:19, 08.05.20196516
Tolik keçiddə
Deputat Rasim Müsabeyovun Azneft dairəsində yerləşən keçiddə popkoron satan gənci həmin ərazidən uzaqlaşdırması gündəmin əsas müzakirə mövzusuna şevrilib. 
 
AZXEBER.COM xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkə hesabından deputatı sərt şəkildə tənqid edib. 
 
Prodüser deputatı qeyri-insani davranışına görə tənqid edib: "Bu millət vəkilin heç tanımıram. Heç bilmirəm millət üçün nə edib. Onu keçiddə popkorn satan uşaq narahat edibsə, bu uşağa başqa yerdə iş verərdi. Bu Ramazan ayında kiminsə çörəyinə bais oldun. İnşallah bu axırıncı millət vəkili statusun olar.  Gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyini və nə işlər gördüyünün şahidi olarlar. Ayıb olsun. Bu insanların qayğısına yalnız preident İlham Əliyev və Mehriban Əliyeva yanır." 
 
Tolik həmin gəncə dəstək olacağını da bildirib: "O uşağı kim tanıyırsa mənə desin. Mən ona iş tapmağında kömək olacam. Tapa bilməsə ona əlimdən gələn yardımı edəcəm."
 
Qeyd edək ki, R. Müsəbəyov "facebook" statusunda bunları bildirmişdi: "Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsada, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər. Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 
Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın".
XƏBƏR LENTİ