'Tolik Natavandan üzr istəməsə, həbs olunacaq' - VƏKİL

MAQAZİN
18:09 28.01.2015
3552
Məhkəmədə prodüser Tolikə qalib gələn müğənni Natavan Həbibi hələ də ondan üzr istəməsini gözləyir.

Belə ki, məhkəmənin qərarı ilə müğənnidən üzr istəməli olan Tolik, bunu etməyəcəyini bildirib. Nəticədə isə, prodüserin azadlıqdan məhrum oluna biləcəyi gözlənilir.

Məsələyə aydınlıq gətirmək üçün, müğənni Natavanın vəkili Fərid Həsənovla əlaqə saxladıq. Onun sözlərinə görə, Ali Məhkəmənin qərarı ilə produsser Tolik Natavan Həbibidən üzr istəməlidir: "Bu qərar hələ tam olaraq qüvvəyə minməyib. Tolikə 2 ay möhlət hüuqu verilib. Və məsələyə 2 ay sonra yenidən qayıdılacaq. Tolik üzr istəməsə, həbs olunacaq".

Bununla yanaşı prodüserin bu addımı atmaqda məqsədinin Natavanı şou-biznesdə geri salmaq olduğunu bildirən vəkil, "Bütün faktlar göstərir ki, bu məsələdə Tolik yalnız şər, ataraq yalan danışıb" deyə əlavə edib.

Qeyd edək ki, prodüser Tolik, müğənni Natavan Həbibinin Laçının işğal günündə konsert verdiyini şər ataraq, onun şərəf və ləyaqətini təhqir etmişdi.
Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR