Tolik yenə müğənni Natavanı erməni adlandırdı – FOTOFAKT

Tolik yenə müğənni Natavanı erməni adlandırdı –  FOTOFAKT
Bütün Xəbərlər
20:11 22.01.2015
2371

Prodüsser Tarık Əliyev müğənni Natavala bağlı öz “İnstagram” səhifəsində aralarında olan məhkəmə çəkişməsi ilə bağlı məlumat paylaşıb.

AZXEBER.COM xəbər verir ki, Tolik Bakı Apellyasiya Məhkəməsində bu gün keçirilən məhkəmə prosesində hakimin qərarı qüvvədə saxladığını yazıb:

“Məhkəmədə qərar qüvvədə qaldı. Bu qərarla razı deyiləm. Öz fikrimdə qalıram, Laçının işğalı günü konsert vermək istəyən hər bir müğənni mənim üçün ermənidir. Mən üzr istəməyəcəm. Azərbaycan qanunlarına hörmət edirəm, amma mən üzr istəməyəcəm. Ondansa məni ölkədən qovun. Ondan üzr istəsəm, axırıncı adam olaram. Ali məhkəmədə özüm çıxış edəcəm. Sevinmə! Səndən üzr istəsəm də, istəməsəm də əsas odur ki, fəaliyyətin əlimdədir. Nə toyun var, nə də ki, tədbirlərin. Əsas odur ki, səni hər yerdən çıxartmışam, evdə oturmusan. Sənin arxan burada kömək olmayacaq. Hardasa tapşırda bilər, amma şou-biznesdə yox. Nəyə narahat olacam ki? Narahat sən ol ki, 150 manata proqramlarda oxuyursan”.

Xatırladaq ki, Müğənni Natavan Həbibinin prodüser Tarix Əliyevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar qaldırdığı məhkəmə prosesinin qərarına görə, Tarık Əliyev Laçının işğal günüdə konsert verən Natavan Həbibidən üzr istəməlidir. 

OXŞAR XƏBƏRLƏR