Tolikdən atmaca: "Yaş üstünə yaş gəlir, çürüyürlər, amma yenə də dincəlmirlər”

Tolikdən atmaca: "Yaş üstünə yaş gəlir, çürüyürlər, amma yenə də dincəlmirlər”
MAQAZİN
13:10 09.01.2024
204

Aparıcı-prodüser Tarix Əliyevin şəxsi instagram hesabından paylaşdığı atmacalı status gündəm olub.

AZXEBER.COM xəbər verir ki, o, ad çəkmədən pulla reklam xarakterli xəbərlər yazdıran ifaçıları məsxərəyə qoyub:

"Allah heç bir "starı” pulla özünü reklam etdirməyə vadar etməsin. Ulduz olasan, amma pul verəsən ki, hər gün səndən nəsə yazsınlar. Amma bu, artıq ulduzluq sendromu yox, mənə görə bir xəstəlikdir. Ya başı içkidən ayılmamaq, ya da paxıllıq və məğlubiyyəti qəbul etməkdir. Artıq gənclər sürətlə inkişaf edir. Hər gün yeni müğənnilər çıxır. Yaş üstünə yaş gəlir. Çürüyürlər, amma yenə də dincəlmirlər”.

Aysel

 

 


 

OXŞAR XƏBƏRLƏR