Niderlandın xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Səfər zamanı Niderland və Azərbaycan arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün müvafiq hökumət orqanları və digər tərəfdaşlarla görüşlər keçiriləcək", - məlumatda bildirilib.
🇳🇱🇦🇿On 26 October, the Minister of Foreign Affairs of the Netherlands, @ministerBZ Tom Berendsen, will pay an official visit to Azerbaijan. https://t.co/YP8x4UvL05
— Netherlands in Azerbaijan (@NLinAzerbaijan) October 13, 2026











































