Toni Adams: "Bunu ingilislər uydurublar!"

İDMAN
18:58 16.03.2011
2225

Gördüklərim və eşitdiklərim çox xoşuma gəldi. Qəbələdə ciddi komanda yaratmaq istəyirlər və bunda iştirak etmək mənim üçün maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib. 

Ötən ilin mayında bu vəzifəyə təyin olunan 45 yaşlı ingilis çalışdırıcı diqqət mərkəzindədir. Bu dəfə Rusiyanın məşhur “Sovetskiy Sport” qəzetinin müxbiri Adamsın “Qəbələ”dəki işi ilə bağlı reportaj hazırlamaq üçün ölkəmizə gəlib. 

Adamsın sözlərinə görə, “Qəbələ”dəki postu məhz əldə etmək istədiyi iş imiş: “Klubda baş məşqçi vəzifəsi ilə yanaşı, faktiki olaraq, idman və texniki direktor funksiyalarını da yerinə yetirirəm. Bu mənim üçün çox böyük təcrübədir! Bilirsiniz, məndən tez-tez Qəbələdə darıxıb-darıxmadığımı soruşurlar. Ancaq mənin sadəcə, darıxmağa vaxtım yoxdur. Çünki səhərdən axşamadək işləyirəm. Klub rəhbərliyi tərəfindən özümə tam dəstək hiss edirəm ki, bu da çox vacibdir. Ferqyusson bir dəfə mənə dedi ki, Toni, öz klubunu tapmağa çalışma, öz prezidentini tap. “Qəbələ” bu planda mənim üçün ideal variantdır”.

London “Arsenal”ının əfsanəvi kapitanı “Qəbələ”dəki gələcək taleyinə, burada 5-10 il qalmağa hazır olması ilə bağlı deyilənlərə də toxunub. Adamsın sözlərinə görə, ingilis jurnalistlər onun fikirlərini təhrif ediblər: “Bunu da ingilis qəzetçilər uydurublar! Mən belə şey deməmişəm. Əslində, hər şey çox sadədir. “Qəbələ” ilə müqaviləm 3 ilikdir. Bu müddətdə stadion tikməli, çempionluğu qazanmalı və elə bir klub qurmalıyıq ki, artıq mənsiz də fəaliyyət göstərə bilər. Sonradan isə Avropaya qayıdıb, elə komandaya işə düzəlmək istəyirəm ki, orada bütün təşkilatçılıq yüksək səviyyədə olsun, mən isə yalnız baş məşqçiliklə məşğul olum”. 

Adams “Qəbələ”dən sonra Rusiyada işləyəcəyini də istisna etməyib: “Əlbəttə, mən öz qiymətimi bilirəm. Düzdür, başa düşürəm ki, hələ çox şey öyrənməliyəm. Ötən qış bir neçə günlük İtaliyaya getdim. Mourinyonun “İnter”i necə çalışdırdığını görmək istəyirdim. Onda Joze mənə dedi ki, Toni, mən bir məşqçi kimi səni 15 il qabaqlayıram. Sən futbol oynayanda mən Lui van Qal və Bobbi Robsonla işləyirdim, onlardan öyrənirdim. Bu, doğrudur”.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir