Tonqa adalarında ilk demokratik seçkilər keçirilib

Bütün Xəbərlər
17:56 26.11.2010
1748

 

Parlamentdəki 26 yerdən 12-ni "Dost adaların Demokratik partiyası»nın nümayəndələri tutublar. Partiyaya ölkədəki demokratik hərəkatın veteranı Akilisi Pohiva rəhbərlik edir. 5 yer müstəqil namizədlərə qismət olub. 9 yerə Tonqa aristokratları öz sıralarından nümayəndələr seçiblər.

Müstəqil namizədlər sırasında hazırkı müvəqqəti hökumətin ədliyyə, əmək və maliyyə nazirləri də var. Yeni konstitusiyaya görə, parlament bir ay ərzində yeni baş nazir təyin etməlidir.

Bu seçkilərlə Tonqa adalarında 165 il sürən mütləq monarxiyaya son qoyulub. İndiyədək parlament əsasən kral tərəfindən formalaşdırılıb.

Bu hadisələrin fonunda Tonqa kralı V Corc Tupou bildirib ki, gələcəkdə yalnız baş nazirin məsləhəti əsasında hərəkət edəcək.

Tonqa adalarının 119 min əhalisi var.

mənbə APA

OXŞAR XƏBƏRLƏR