Onlar bu yarışlarda iştirak edəcək 3 Azərbaycan klubundan yalnız Ağdamın “Qarabağ” klubunun qələbə qazanacağını proqnozlaşdırırlar.
Belə ki, “Topaz” Avroliqada mübarizə aparan Qurban Qurbanovun yetirmələrinin Farer adalarının “Streymur” komandası ilə duelində qalib gəlməsinə 1,25 əmsal verib. Həmyerlilərimizin məğlubiyyəti 8,50, heç-heçə etməsi 4,25 əmsalla qiymətləndirilib.
“Qarabağ”la bərabər, ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın qələbə qazanması isə çətin olacaq. “Topaz” Mirça Rednikin komandasının səfərdə rəqibini məğlub etməsinə 12,00, heç-heçəsinə isə 6,00 əmsal verib. “Makkabi”nin qalib gəlməsi 1,10 əmsaldır.