“Topaz” qarət olundu

KRİMİNAL
13:27 01.04.2014
1718
Məntəqədən 3700 manatı oğurlamış şəxsin kimliyi məlum olub
Bakının Suraxanı rayonunda “Topaz” mərc oyunları məntəqəsi qarət olunub. “Topaz” mərc oyunları məntəqəsindən 3700 manatı oğurlanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis dərhal əməliyyat keçirib.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan İsgəndərova məxsus "Topaz” mərc oyunları məntəqəsindən 3700 manatı oğurlayan Çingiz İmanov tutulub.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR