Bakıda "Topaz Mərc Oyunları" klubundan külli miqdarda pul oğurlanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Səbinə Nəbiyevaya məxsus "Topaz Mərc Oyunları" klubundan 8000 manat pul oğurlayan Bakı şəhər sakini Taleh Kərimov tutulub.