Əməkdar artist Tünzalə Əliyeva xəstəxanadan evə buraxılıb.
AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Toppuş bacı özü bildirib. O hazırda səhhətinin yaxşı olduğunu deyib:
"Səhhətim kafidir. Xəstəxanadan çıxmışam, amma indi sistem köçürülməsinə gəlmişəm. Başımda olan törəmələrə görə qaytarıram. Dekabrın 7-də ikinci iynəm vurulacaq. Həmin vaxt kimyəvi terapiya da alacam. Qan analizi verdikdən sonra nəticə məlum olacaq".
Qeyd edək ki, bir müddət Tünzalə Əliyevanın başında bədxassəli şiş aşkarlanıb.