Topu götürmək üçün 10 metrlik ağaca çıxdı, düşə bilmədi, FHN gəldi - VİDEO

Topu götürmək üçün 10 metrlik ağaca çıxdı, düşə bilmədi, FHN gəldi - VİDEO
SOSİAL
23:58 10.05.2026
583
Nəsimi rayonu, 20 yanvar küçəsində vətəndaş futbol topunu götürmək üçün hündürlüyü təxminən 10 metr olan ağaca çıxıb və enə bilməyib.

AZXEBER.COM Sportinfo.az-a istinadən xəbər verir ki, hündürlükdən enə bilməyən şəxslə bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

Əraziyə cəlb edilən xilasedicilər tərəfindən vətəndaş təhlükəsiz şəkildə hündürlükdən endirilib.

Həmin hadisənin görüntülərini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR