Toral Bayramov “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı

Toral Bayramov “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı
İDMAN
17:54 05.06.2026
676
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Bursaspor" klubuna keçməsinin səbəbini açıqlayıb.

25 yaşlı yarımmüdafiəçi bu barədə AFFA-nın təşkil etdiyi sual-cavab sessiyasında azarkeşlərin suallarını cavablandırarkən danışıb:

"Çoxdandır Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirdim. Belə bir şans ələ düşdü. "Bursaspor" böyük tarixi olan klubdur. Azarkeşlərini hamı tanıyır. Qərar verdim ki, artıq vaxtdır. Ümid edirəm ki, uğurlu olar".

Qeyd edək ki, "Bursaspor"a "Qarabağ"dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.
 
/milli.az
OXŞAR XƏBƏRLƏR