Torreyranı ölümlə hədələyən şəxs TUTULDU

Torreyranı ölümlə hədələyən şəxs TUTULDU
İDMAN
12:02 13.05.2026
147
Qalatasarayın futbolçusu Lukas Torreyra Beyoğlu səmtində bir ticarət mərkəzindəki kafenin qarşısında hücuma məruz qalıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Torreyra bir anda gözlənilmədən yumruqların hədəfinə çevrilib.
 
Futbolçunun sürücüsünün tərəfləri ayırmaq üçün şübhəlini döydüyü müəyyən edilib.
 
İdamnaçıya hücum edənin 32 yaşlı Yusuf Yıldırım olduğu, onun Qalatasaray İdman Klubunun kommunikasiya bölməsində işlədiyi məlum olub.
 
Onun Torreyranın keçmiş sevgilisi Devrim Özkana və Lukas Torreyraya qarşı təhdidlər yazdığı müsajlar da ortaya çıxıb.

Şübhəlinin sosial mediada uruqvaylı futbolçuya qarşı ölüm təhdidləri etdiyi və lazım gələrsə, pul ilə qatil tutacağını yazdığı müəyyən edilib.

Əvvəllər "qəsdən xəsarət yetirmə" ittihamı ilə məhkum olan cinayətkar polis tərəfindən saxlanılıb.
 
Torreyranın bir neçə ay əvvəl həmin şəxsə qarşı şikayət ərizəsi verdiyi və 45 günlük həbs qətimkan tədbiri aldığı öyrənilib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR