Kainat Tədris Mərkəzi 23 oktyabrda keçirilən magistratura sınaq imtahanlarının nəticələri açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Gülgəzli imtahanda ən çox bal yığan tələbə olub. O ən yaxşı nəticə (90 bal) göstərərək magistraturaya pulsuz hazırlıq şansı qazanıb. 72 və daha artıq bal toplayan tələbələr isə güzəştli hazırlıq şansını əldə edib. 50 və daha artıq bal toplayan tələblər növbəti 13 noyabr tarixində olan sınaq imtahanında ödənişsiz iştirak edəcəklər.
Qeyd edək ki, imtahanda ən yüksək nəticəni göstərən Toğrul Gülgəzli Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil alır. O ali məktəbə 665 balla daxil olmuşdu.