Tovuz sakinini elektrik cərəyanı vurub

HADİSƏ
21:30 09.08.2021
246
Tovuzda bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kazımov Kazım Mobil oğlunu avtomobil yuma məntəqəsində elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, 27 yaşlı kişi elektrik cərəyanı ilə ehtiyatsız davranıb.

OXŞAR XƏBƏRLƏR