Tovuzda 15 yaşlı oğlan, 13 yaşlı qızı alır - SABAH TOYDUR
Bütün Xəbərlər
18:37 07.08.2012
5456
Sabah Tovuzda 15 yaşlı oğlanla 13 yaşlı qızın toy mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, rayonun D.Q. kənd sakini 15 yaşlı X.M, A.E. kəndindən 13 yaşlı A.S-nı 4 gün əvvəl qaçırıb. Bundan sonra oğlan evi toy mərasimi keçirmək qərarına gəlib və toy avqustun 8-nə təyin edilib. Yeniyetmələrin sinif yoldaşları, kənd sakinləri sabahkı toya hazırlaşır. D.Q. kənd sakinlərinin bildirdiyinə görə, X.M orta məktəbin 10, A.S isə 8-ci sinif şagirdidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yalnız 18 yaşına çatmış şəxslər rəsmi nikah münasibətinə girə bilər. İstisna hallarda bu rəqəm 17-yə endirilir.