Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb
HADİSƏ
10:06 01.02.2026
260
Tovuzda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR