Tovuzda "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub.
AZXEBER.COM-un APA-nın yerli bürosun istinadən məlumatına görə, hadisə rayonun Elməddin Nəsibov küçəsində qeydə alınıb.
Qadın təcili tibbi yardım briqadası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Ziba Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.