Tovuzda baş verən ağır qəzada ölənin kimliyi məlum oldu - VİDEO

Tovuzda baş verən ağır qəzada ölənin kimliyi məlum oldu - VİDEO
Bütün Xəbərlər
10:34 28.08.2014
2115
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avqustun 27-də, saat 23 radələrində magistral yolun 440-cı kilometrliyində, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayonun Əlibəyli kənd sakini, 1983-cü il təvəllüdlü İlqar Gülməmmədovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə rayonun Əlimərdanlı kənd sakini, 1957-ci il təvəllüdlü Abbas İbrahimovun idarə etdiyi “Mitsubishi” markalı minik maşını toqquşub. Qəza nəticəsində “Mitsubishi”nin sürücüsü 57 yaşlı Abbas İbrahimov hadisə yerində dünyasını dəyişib. Qəzaya “Mitsubishi” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsinin səbəb olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tovuz rayonu ərazisində "KamAZ" markalı yük avtomobili və "Mitsubishi" markalı minik avtomobili toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

***

00:14

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə hadisə avqustun 27-də, saat 23 radələrində magistral yolun 440-cı kilometrliyində, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində baş verib.

“KamAZ” markalı yük avtomobili ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.//APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi