Monteneqrodan Tovuza gəldi, arvadını öldürdü, video çəkərək yoxa çıxdı

Monteneqrodan Tovuza gəldi, arvadını öldürdü, video çəkərək yoxa çıxdı
SOSİAL
14:45 16.10.2025
1909
Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.
 
Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.

Onların 3 azyaşlı oğlu var.

Hazırda S. Hacızasənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
 
AZXEBER.COM-un məlumatına görə, hadisədən sonra Səbuhi video çəkərək paylaşım edib və cinayəti haqda danışıb. Onun yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Videoda şiddət əlamətləri və arzuolunmaz təşviq olduğundan görüntüləri təqdim etmirik.



OXŞAR XƏBƏRLƏR