Tovuzda binanın 5-ci mərtəbəsindən yerə yıxılan qadın sağ qalıb

Tovuzda binanın 5-ci mərtəbəsindən yerə yıxılan qadın sağ qalıb
SOSİAL
21:02 13.07.2017
1665
Tovuzda qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
 
AZXEBER.COM APA-ya istinadən verdiyi məlumata görə, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Abbaszadə Nərmin Elçin qızı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin pəncərə şüşələrini silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.
 
Ağır xəsarət alan qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
 
Məlumata görə, sabah N. Abbaszadənin xalası qızının evində təmizlik işləri aparırmış.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR