Tovuzda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi
SOSİAL
12:36 05.02.2022
187
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1976-cı il təvəllüdlü Aygün Hüseynova, 1970-ci il təvəllüdlü Ağgül Rüstəmova və 2008-ci il təvəllüdlü Hüseynova Mədinə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.
OXŞAR XƏBƏRLƏR